Gündəm / Siyasət

Milli Məclisin bitərəf deputatları MSK üzvlüyünə namizədləri müəyyənləşdirir

Milli Məclisin bitərəf deputatları MSK üzvlüyünə
KANAL14.AZ: - Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçiriləcək.

"Report”un əldə etdiyi məlumata görə, iclasda üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirəcək.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.