Gündəm / Siyasət / Dünya

BMT Təhlükəsizlik Şurasının iclası

BMT Təhlükəsizlik Şurasının iclası

Kanal14.az" "TASS” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bazar ertəsi axşam dərc olunan Təhlükəsizlik Şurasının gündəliyinə əsasən, Rusiyanın tələb etdiyi "Şimal axını” boru kəmərindəki təxribata dair BMT Təhlükəsizlik Şurasının iclası növbəti dəfə çərşənbə axşamına təyin edilib.

İclasda boru kəmərindəki partlayışın beynəlxalq təhqiqatına dair Rusiya qətnamə layihəsinin səsə qoyulacağı gözlənilir.
Görüş yerli vaxtla saat 15:00-a planlaşdırılıb. Qətnamə layihəsində BMT-nin baş katibinə təhqiqat üzərində işləyəcək müstəqil beynəlxalq hüquqşünaslar komissiyasının yaradılması təklif edilir.
Bundan əvvəl qətnaməni Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun dəstəkləyib.

Kanal14.az
Nizami Təhməzov