Gündəm / Dünya

İspaniyanın baş naziri Sançes seçkilərdən əvvəl iki naziri dəyişib

İspaniyanın baş naziri Sançes seçkilərdən əvvəl iki naziri dəyişib

İspaniyanın baş naziri Pedro Sançes bələdiyyə seçkiləri öncəsi Nazirlər Kabinetinin tərkibində dəyişiklikləri elan edib,

"Kanal14.az" "ria.ru"ya istinadən bildirir ki, bu barədə məlumatı İspaniya hökumətinin saytı xəbər verib.

"Yeni sənaye, ticarət və turizm naziri Hector Gomes Hernandez, yeni səhiyyə naziri isə Jose Manuel Minones Conde olacaq", - deyə, Sançes bildirib.

Qeyd olunur ki, keçmiş sənaye, ticarət və turizm naziri Reyes Maroto İspaniya Sosialist İşçi Partiyasından Madrid meri postuna namizəd olmaq niyyətindədir. Eyni partiyadan Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Karolina Darias Las Palmas de Qran Kanariyanın meri olmağa can atır. Qeyd olunur ki, seçkilər mayın 28-də keçiriləcək.

Kanal14.az
Kamal Əsgərov