Gündəm / Dünya

İspaniya 70 min ukraynalı qaçqını qəbul edəcək

İspaniya 70 min ukraynalı qaçqını qəbul edəcək

 

Döyüş əməliyyatları səbəbindən ölkəsini tərk edən 30 minə yaxın ukraynalı artıq İspaniyadadır və onlar Avropa İttifaqı tərəfindən aktivləşdirilmiş müvəqqəti müdafiə statusuna malikdirlər.

Kanal14.az xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes yaxın günlərdə bu rəqəmin 70 minə çata biləcəyini bildirib. Bu da Ukrayna və Avropanın əziyyət çəkdiyi humanitar böhranın miqyasına mütənasibdir.

O qeyd edib ki, İspaniya hökuməti ukraynalı qaçqınların qəbulu və inteqrasiyası üçün lazım olacaq bütün resursları cəlb etmək öhdəliyinə sadiqdir.