İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya dəstək üçün Avropa İttifaqının uzunmüddətli birliyinin zəruriliyini vurğulayıb.

"Kanal14.az" xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı CNN telekanalına müsahibəsində bildirib.

"Onlar (ukraynalılar - red.) bütün Avropa İttifaqının həmrəyliyini, empatiyasını və öhdəliyini hiss etməlidirlər. Nə qədər lazımdırsa, biz ukraynalıların yanında olacağıq", - deyə İspaniyanın baş naziri bildirib.

Daha əvvəl Sançes forumda nümayəndələrə deyib ki, Aİ "Putinin bizim ölkələrə səpdiyi çürük toxumlarla mübarizə aparmalıdır" .

Onun sözlərinə görə, Avropada Putinə simpatiyalarını və əlaqələrini gizlədən müttəfiqlər var. Buna görə də Putinin Aİ-ni daxildən dağıtmasının qarşısını almaq lazımdır.