Gündəm / Cəmiyyət / Hadisə / Dünya / Sosial

Fransada pensiya etirazları davam etdiyi üçün işçilər Paris aeroportunun terminalını bağlayıblar

Fransada pensiya etirazları davam etdiyi üçün işçilər Paris aeroportunun terminalını bağlayıblar

Şarl de Qoll hava limanı hədəfə alındı, qatarların hərəkəti dayandırıldı və bəzi məktəblər ümummilli fəaliyyət günündə bağlandı.

"Kanal14.az” "The Guardian” qəzetinə istinadən xəbər verir ki,təqaüd yaşının artırılmasından qəzəblənən fransalı işçilər ümummilli etiraz aksiyaları çərçivəsində Parisin Şarl de Qoll hava limanında terminala girişi bağlayıblar.

Həmkarlar ittifaqları təqaüdə çıxmağı iki il gecikdirən qanunu geri götürmək üçün hökumətə daha ciddi təzyiqlər göstərəcəklərini bildirib.
Cümə günü Fransanın hər yerində etiraz mitinqləri planlaşdırılıb. Etirazlar həmçinin neft anbarlarını hədəfə alıb və şimaldakı Dunkerk şəhərində mayeləşdirilmiş təbii qaz terminalını bağlayıb.

Prezident Emmanuel Makron, hökumətinin keçən həftə səsvermə olmadan parlamentdən keçirtdiyi qanunun, qəzəbin artmasına baxmayaraq, ilin sonuna qədər qüvvəyə minəcəyini söylədi.

"Prezidentə verə biləcəyimiz ən yaxşı cavab budur ki, küçələrdə tətil edən milyonlarla insan var”. Bunu Ümumi Həmkarlar İttifaqı Konfederasiyasına rəhbəri Philippe Martinez deyib.

Kanal14.az
Aytəkin Talıbqızı