Gündəm / Siyasət / Hadisə / Dünya

Makrondan dəstək siqnalı yoxdur: Fransanı ayağa qaldıran qanun layihəsində ilk təsdiq

Makrondan dəstək siqnalı yoxdur: Fransanı ayağa qaldıran qanun layihəsində ilk təsdiq

"Kanal14.az" "cnn türk"ə istinadən xəbər verir ki, Fransa Senatı pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli qanun layihəsinin müvafiq maddəsini qəbul edib. Yanvarın 19-dan bu yana müxtəlif günlərdə, o cümlədən dünən də qalmaqallı islahat əleyhinə üç dəfə tətil olub, ölkənin bir çox şəhərlərində nümayişlər keçirilib.

Baş Assambleyada keçirilən səsvermədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan 7-ci maddəyə 201 "hə” və 115 "xeyr” səsi verilib. Senatın bu həftə qanun layihəsinin digər maddələrini səsə qoyaraq qəbul edəcəyi gözlənilir.

Daha sonra qanun layihəsi gələn həftə Senat və Milli Assambleya arasında uzlaşma komitəsində müzakirə olunacaq. Son 15 gündə gedən gərgin müzakirələrin və ağır təhqirlərin kölgəsində parlament hələ də mübahisəli 7-ci maddəyə səs verə bilməyib.

Euronews türkcəsində yer alan xəbərə görə, yanvarın 19-dan bu yana müxtəlif günlərdə, o cümlədən dünən də qalmaqallı islahat əleyhinə üç tətil olub, ölkənin bir çox şəhərində nümayişlər keçirilib. Qatar və metro işçilərinin iştirak etdiyi tətillər səbəbindən ölkə daxilində və paytaxt Parisdə nəqliyyatda ciddi fasilələr yaranıb. Həmkarlar ittifaqları və etirazçıların pensiya islahatını geri götürmək tələblərinə müqavimət göstərən Fransa prezidenti Emmanuel Makron islahatın pensiya sisteminin işləməsi üçün zəruri olduğunu müdafiə edir.

Fransanın baş naziri Elisabeth Borne yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının həyata keçiriləcəyini açıqlayıb. Pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə çatdırılacağını bildirərək, 2027-ci ildə 43 illik mükafat və tam pensiya almaq üçün ödəmə tələbinin tətbiq ediləcəyini bildirib.

Kanal14.az
Asiman Əsədsoy