Gündəm / Dünya

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

Almaniya kansleri Olaf Şolz hesab edir ki, Ukraynadakı münaqişə uzanacaq və hətta o, bitdikdən sonra da "xarabalıqları təmizləmək” çox vaxt aparacaq.

"Biz bunun hələ uzun müddət davam edə biləcəyinə köklənməliyik. Hətta [münaqişə] başa çatdıqda belə, işlər dərhal normala dönməyəcək” - deyə. o, DPA-ya bildirib.

"Kanal14.az" "Lenta.ru"ya istinadən bildirir ki, Almaniya kansleri münaqişəni dayandırmaq üçün səyləri dayandırmamağa çağırıb.

Şolz, - "Uzun müddət xarabalıqların təmizlənməsi ilə məşğul olmalıyıq. Qərb Kiyevi dəstəkləməyə davam etməlidir” - deyib.

Kanal14.az
Asiman Əsədsoy