Gündəm / Hadisə / Dünya

İskəndərunda dəniz səviyyəsi qalxdı, küçələr sular altında qaldı

İskəndərunda dəniz səviyyəsi qalxdı, küçələr sular altında qaldı

"Kanal14.az" "Ntv.com.tr"a istinadən xəbər verir ki, Hatayın İskenderun rayonunda dəniz səviyyəsinin qalxması nəticəsində bəzi küçələr su altında qalıb.

Gecə saatlarında İskəndərunda dənizin qalxması nəticəsində Atatürk abidəsi, Mete Aslan bulvarı və Sahil Yolu küçəsi su ilə doldu.

Yaranan gölməçələr səbəbindən bəzi nəqliyyat vasitələrinin sürücüləri və piyadalar nəqliyyatda irəliləməkdə çətinlik çəkib.

Gəmidə işlədiyini bildirən Ahmet Eker işdən ayrıldığını, lakin dəniz qalxanda küçələrinin su ilə dolduğunu və evinə gedə bilmədiyini bildirib.

İskenderun Bələdiyyəsi qrupları yollardakı suyu boşaltmaq üçün iş başlatdı.

Kanal14.az
Ulduz Talıblı