Gündəm / Siyasət / Dünya

BMT baş katibi Şimali Koreyanın son ICBM sınağını pisləyib

BMT baş katibi Şimali Koreyanın son ICBM sınağını pisləyib

"Kanal14.az” "Kyudo News”a istinadən xəbər veürir ki, BMT-nin baş katibi Antonio Quterreş cümə günü Şimali Koreyanın bu yaxınlarda dünya qurumunun Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri pozaraq qitələrarası ballistik raket sınaqdan keçirməsini pisləyib.

Onun mətbuat katibinin bəyanatında deyilir ki, Quterreş Şimali Koreyanı bu cür sabitliyi pozan hərəkətlərdən "dərhal əl çəkməyə” və "Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələri üzrə beynəlxalq öhdəliklərinə tam əməl etməyə” çağırıb.

O, həmçinin Pxenyana davamlı sülh və Koreya yarımadasının tam, yoxlanıla bilən nüvəsizləşdirilməsi istiqamətində dialoqu bərpa etməyi məsləhət görüb.

Kanal14.az
N.Məmərli