Gündəm / Dünya

Kim Çen Inın bacısı Amerikanı təhdid etdi

Kim Çen Inın bacısı Amerikanı təhdid etdi

"Kanal14.az” CNN-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Şimali Koreyanın ballistik raket sınaqlarına qarşı birgə hava təlimləri keçirən ABŞ və Cənubi Koreyanı, təlimləri dayandırmasalar, daha çoxunun gələcəyini təhdid edib.

Şimali Koreyanın daha çox ballistik raket atmağa hazır olduğunu deyən Kim, ABŞ ordusunun Koreya yarımadasındakı təlimlərini təhdid kimi qəbul edəcəyi təqdirdə ölkəsinin də buna bənzər tədbirlər görəcəyini bildirib.

Kim, "Bölgədə gərginliyi artıran ekstremistlər bunun bədəlini ödəyəcəklər" - deyib.
Şimali Koreyanın qisas almaq üçün kifayət qədər texnologiya və imkana malik olduğunu vurğulayan Kim, geriyə qalan tək şeyin hərbi gücünü artırmağa fokuslanmaq olduğunu bildirib.

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi üzərində ballistik raket sınağı keçirdiyini açıqlayıb. 66 dəqiqə havada qalan ballistik raketin 900 kilometr yol qət etdiyi və 5 min 700 kilometr yüksəkliyə çata bildiyi qeyd edilib.
Cənubi Koreya dünən Şimali Koreyanın uzaqmənzilli ballistik raket sınağına cavab olaraq, ABŞ-la birlikdə hava təlimləri keçirdiyini açıqlayıb.

Kanal14.az
Aytəkin Talıbqızı