Gündəm / Hadisə / Dünya

Kişinyovda “Xalq Uğrunda Hərəkat”ın etiraz aksiyasında qarşıdurma baş verib.

Kişinyovda

Rusiyayönlü Şor partiyasının kuratorluğu ilə Xalq Uğrunda Hərəkatın təşkil etdiyi mitinqdə bir qrup şəxs, PAS hökumətinin tərəfdarları və iştirakçıları arasında atışma və qalmaqal baş verib.

"Kanal14.az" "Unimedia.info"ya istinadən xəbər verir ki, deputat Marina Tauber bir qrup kişinin hərəkətlərini etirazçıları "qəsdən öldürməyə cəhd” kimi qiymətləndirib.

Videoda bir qrup kişinin kütləyə doğru necə hərəkət etdiyi və mitinq iştirakçılarını itələməyə başladığı göstərilir.

İzdihamda uca səslə "Təxribatçılara lənət olsun!" şüarları səsləndirilir.

İndi fəaliyyət yenidən rəvan gedir. Kişinyovun mərkəzindən nəqliyyatın hərəkəti kəsilib, ona bitişik küçələrdən keçmək çətindir.

Kanal14.az
Jalə Əsədova