Gündəm / Hadisə / Dünya

Zeytinburnuda iki qrup arasında silahlı qarşıdurma: 4 nəfər yaralanıb

Zeytinburnuda iki qrup arasında silahlı qarşıdurma: 4 nəfər yaralanıb

İstanbulun Zeytinburnu ərazisində düşmənçilik etdikləri öyrənilən iki qrup arasında küçənin ortasında baş verən silahlı qarşıdurmada 4 nəfər yaralanıb.

"Kanal14.az" "haberglobal"a istinadən xəbər verir ki, İstanbul Zeytinburnuda düşmənçilik edən iki qrup arasında küçənin ortasında silahlı qarşıdurma baş verib . Qarşıdurma zamanı 4 nəfər yaralanıb.

Hadisə axşam saat 21.00 radələrində Zeytinburnu Vəli Əfəndi Məhəlləsi 75/1 küçəsində baş verib. İddiaya görə, düşmənçilik edən iki qrup küçənin ortasında qarşılaşanda silahlar çəkilib. Baş verən qarşıdurmada iki qrupdan olan AA, HA və NU adlı şəxslər tapança ilə vurulub, 1 nəfər isə döyülərək yaralanıb.

Yaralılardan ikisi avtomobili ilə hadisə yerindən qaçarkən, onlar da dayanmış digər avtomobilə çırpılaraq qəzaya səbəb olublar. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu polis və sağlamlıq qrupu göndərilib.

Yaralılar hadisə yerində edilən ilk müdaxilənin ardından xəstəxanaya aparılarkən, polis qrupları silahlı qarşıdurmaya qarışan şəxsləri həbs edib və barələrində araşdırma başladılıb.

Kanal14.az
Jalə Əsədova