Gündəm / Hadisə / Dünya

Yaponiyada uşaq intiharları 2022-ci ildə rekord həddə - 514-ə çatıb

Yaponiyada uşaq intiharları 2022-ci ildə rekord həddə - 514-ə çatıb

"Kanal14.az” "Kyudo News” Xəbərlər Agentliyinə istinad edərək xəbər verir ki, 2022-ci ildə Yaponiyada ibtidai, orta və liseylərdə oxuyan 514 uşaq intihar edərək ondan əvvəlki ili üstələyib.

2022-ci ildə 17 ibtidai məktəb şagirdi, 143 orta məktəb şagirdi və 354 lisey şagirdi özünü öldürüb.

İntiharların qarşısının alınması tədbirləri üzərində işləyən nazirlik rəsmisi, rəqəmlərin artması 2020-ci ildə başlayan koronavirus pandemiyasının davamlı təsiri ilə əlaqələndirir. O, deyir: "Biz vəziyyəti daha yaxından izləyəcəyik və təhlillərimizi dərinləşdirəcəyik".

Hər 100 000 nəfərə düşən intiharların sayı 2021-ci illə müqayisədə 0,8 artaraq 17,5-ə yüksəlib. Yaş qruplarına görə, 50 yaşlarında olanlar əvvəlki ilə nisbətən 475 nəfər daha artıq intihar edib.

Hər iki cinsdən olan intiharların arxasında ən çox rast gəlinən səbəblər sağlamlıq problemləri olub. Keçən il 12 774 intihar hadisəsi baş verib..
Ümumilikdə, Yaponiyada intihar edənlərin sayı 874 nəfər artaraq 21 881 nəfərə çatıb. Kişi intiharları isə 13 il ərzində ilk dəfə artıb, 14 746 hadisə baş verib ki, bu da əvvəlki illə müqayisədə 807 nəfər çoxdur.

Kanal14.az
Asiman Əsədsoy