Gündəm / Cəmiyyət / Dünya

Bir-birini ən çox sevən cütlüklərin yaşadığı ölkələr sıralanıb

Bir-birini ən çox sevən cütlüklərin yaşadığı ölkələr sıralanıb

Sevgililər şəhəri Parisi unudun!

"Kanal14.az" "Ntv.com.tr"a istinadən bildirir ki, 45 ölkədə aparılan araşdırmaya görə, Macarıstan bir-birini sevən cütlüklərin ən çox yaşadığı ölkədir.

Polşanın Wroclaw Universiteti 45 ölkədən 9500 insanın iştirak etdiyi araşdırmada bir-birini ən çox sevən cütlüklərin yaşadığı ölkələri sıralayıb .

Partnyorlarına olan hissləri ilə bağlı sorğu anketlərini dolduran cütlüklər arasında "Yalnız partnyorumu görəcəyim üçün həyəcanlanıram", "Tərəfdaşımdan əhəmiyyətli emosional dəstək alıram" və "Mənim üçün yoldaşımla münasibətimdən daha vacib heç nə yoxdur" - kimi ifadələr yer alıb".

9 bal üzərindən qiymətləndirilən sorğuda Pakistan 6,49 balla ən bədbəxt cütlüklərin yaşadığı yer olub.

Macarıstan 7,94 orta "sevgi balı" ilə siyahıya başçılıq edir.

Macarıstanı 7,88 xalla Malayziya və Portuqaliya izləyib.

İstanbul və İzmirdən olan iştirakçıların daxil olduğu sorğuda Türkiyə 7,29 balla 37-ci yerdə qərarlaşıb.

Tədqiqatçılar müəyyən ediblər ki, cütlüyün xoşbəxtliyi ilə ölkələrin inkişaf səviyyəsi arasında birbaşa əlaqə var.

Kanal14.az
Rəna Gözəlova