Gündəm / Hadisə / Dünya

“Freddi” qasırğası Malavini vurdu: 11 nəfər ölüb


Mozambikdən sonra Malaviyə çatan "Freddi” qasırğası nəticəsində azı 11 nəfər ölüb.

"Kanal14.az" "cnnturk"ə istinadən xəbər verir ki, Şərqi Afrikada təsirli olan Freddi qasırğası dünən Mozambikə çatdıqdan sonra bu gün Malaviyə çatıb. Polisin verdiyi açıqlamada, qasırğa səbəbindən Malavinin Blantir bölgəsində ən azı 11 nəfərin öldüyü, 16-dan çox adamın isə itkin düşdüyü bildirilib. Malavi polisinin sözçüsü Peter Kalaya qasırğadan ən çox zərər çəkən Çilobve və Ndirande bölgələrində axtarışların davam etdiyini bildirib.

Dünən Mozambiki ikinci dəfə vuran "Freddi” qasırğası səbəbindən dünən 1 nəfərin öldüyü açıqlanıb.

Xatırlaaq ki, "Freddi” qasırğası ilk dəfə təxminən 2 həftə əvvəl Mozambiki vurmuş, azı 27 nəfər həlak olmuşdu.

Kanal14.az
Anarə Muhəmməd