Gündəm / Hadisə / Dünya

Texasda radioaktiv cihaz itdi

Texasda radioaktiv cihaz itdi

Texas Səhiyyə Departamenti Hyustonda tərkibində radioaktiv material olan sənaye qurğusunun itdiyini bildirib.

"Hyustonda radioqrafik kamera itdi. Tərkibində radioaktiv maddə var. Kameranı tapdığınız zaman onu açmağa çalışmayın. Cihazın yerini bildirmək üçün 911 və ya departamentin nömrəsinə zəng edin”, - deyə, departament Twitter hesabında qeyd edir.

"Kanal14.az"ın "Vesti.ru"ya istinadən məlumatına görə, "Departamentdən qeyd ediblər ki, radioaktiv material kapsula daxil edilib və bir neçə qoruyucu təbəqə ilə əhatə olunub, radiasiya səviyyəsi başqaları üçün böyük təhlükə yaratmır. İdarədən verilən açıqlamaya görə, cihaz martın 9-da yoxa çıxıb və hələ də tapılmayıb.

Agentlik bildirir ki, Statewide Maintenance şirkətinə məxsus və təxminən 24 kiloqram ağırlığında olan kamera adi gözlə görünməyən çat və qüsurları aşkarlaya bildiyi üçün rentgen şəkilləri çəkmək üçün tikinti sənayesində istifadə olunub. Belə kameranın qiyməti 15-20 min ABŞ dollara qiymətləndirilir.

Səlahiyyətlilər cihazın geri qaytarılmasına görə mükafat elan ediblər.

Kanal14.az
N.Məmərli