Dünya

Texasda yoluxma sürətlə artır

Amerikanın Texas ştatı rəhbərliyi insanları ictimaiyyət arasında maska taxmağa çağırıb.

Qubernator Qreq Ebbotun bu barədə amerikalılara müraciəti gözlənilməz olub.

O, daha əvvəl ştatda müəssisələrin fəaliyyətini bərpa etməyin qəti tərəfdarı idi və bildirirdi ki, hökumət heç bir vətəndaşı maska taxmağa vadar edə bilməz.

Ştat ərazisində virusa yoluxmanın sürətlə artması qubernatorun fikirlərini dramatik şəkildə dəyişib.

"Fakt budur ki, indi daha çox koronavirusa yoluxma halları aşkarlanır. Hyustonda hər gün rekord sayda insan xəstəxanaya yerləşdirilir. Testdən keçənlərin 14 faizində cavablar pozitiv çıxır. Bu göstəricilərlə Texasda müəssisələri açmağa davam edə bilmərik. Bunu etməyin ən yaxşı yolu maskadan istifadə stategiyasıdır. Maskalar yoluxmanın sürətini azaldacaq” – deyə Ebbot vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar virusun ən çox yayıldığı və virusdan ən çox ölüm hallarının olduğu ölkədir.

Burada 131 485 nəfər virusun qurbanı olub.

2.8 milyondan çox insan virusa yoluxub.

(Aqreqrator.az)