Gündəm / Siyasət / Dünya

Səudiyyə Ərəbistanı İsrailin xarici işlər naziri Koenin BMT-nin turizm toplantısında iştirakına icazə verməyəcək

Səudiyyə Ərəbistanı İsrailin xarici işlər naziri Koenin BMT-nin turizm toplantısında iştirakına icazə verməyəcək

"Kanal14.az" "news.am"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Eli Koenin Birləşmiş Millətlər Təşkilatının Turizm Təşkilatının iclasında iştirak etmək üçün bu həftə ölkəyə gəlməsinə icazə vermək üçün İsrailin tələbindən yayınıb.

İsrailin mediası "Walla" yüksək vəzifəli rəsmilərə istinadən belə yazır.

Nəşrin yazdığına görə, İsrail Xarici İşlər Nazirliyi "ümid edib ki, bu, BMT agentliklərindən birinin beynəlxalq konfransı olduğundan, Səudiyyə Ərəbistanı İsraillə diplomatik əlaqələrin olmamasına baxmayaraq, Koenin səfərinə razılıq verəcək”.

"Əgər səudiyyəlilər Koenin səfərinə icazə versəydilər, bu, münasibətlərin normallaşması istiqamətində təvazökar, lakin görünməmiş bir addım olardı”.

Səudiyyə Ərəbistanı İsrail dövlətini tanımır. Bu günə qədər ölkələrin diplomatik əlaqələri yoxdur, bir dənə də olsun israilli nazir Səudiyyə Ərəbistanına, o cümlədən beynəlxalq konfranslarda iştirak etmək üçün səfər etməyib.

Kanal14.az
Zülfiyyə Məmmədova