Gündəm

Azərbaycanlı deputat yüksək vəzifəyə seçildi

Azərbaycanlı deputat yüksək vəzifəyə seçildi
 
 
 
 
 
 
 
 
 

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yüksək vəzifəyə seçilib.

Modern.az-ın məlumatına görə, bu gün AŞPA-nın qış sessiyasında qurumun sosialistlər qrupunun iclası keçirilib.

 

İclas zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sabir Hacıyev sosialistlər qrupunun vitse-prezidenti, eləcə də qrupun büro üzvü seçilib.

Milli Məclisin üzvü olan hazırda Vətəndaş Birliyi Partiyasının sədridir.