Gündəm / Dünya

Aleksandr Rar Cənubi Qafqazdakı vəziyyətdə Qərbin “qırmızı xətti” adlandırıb

Aleksandr Rar Cənubi Qafqazdakı vəziyyətdə Qərbin

Qərb üçün "qırmızı xətt” Cənubi Qafqazda hərbi əməliyyatların bərpası, əsl müharibədir. Bunu "Force Factor” proqramı çərçivəsində almaniyalı politoloq Aleksandr Rar deyib.

"Belə olan halda Qərb başqa üsullarla vəziyyətə təsir göstərməyə çalışacaq”, - deyə, o bildirib.

"Kanal14.az"ın "news.am"a istinadən məlumatına gprə, ekspert hesab edir ki, üç il əvvəl Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda müharibənin dayandırılmasında dominant qüvvə Rusiya olub və bütün dünya Rusiyanı bu regionda stabilizatorun əsas rolu kimi tanıyıb. Lakin, bu gün bu roldan heç nə qalmayıb. Üstəlik, Rusiya yaxın xaricdə öz təsirini itirir ki, bu da Ukraynadakı hərbi əməliyyatlar və Qərbdən təcrid olunması ilə bağlıdır.

"Azərbaycan o mənada qalib gəlməyə başlayır ki, bu, Rusiya üçün zəruri olur, çünki Rusiya Federasiyası Avropa üçün mühüm resursların yerləşdiyi Azərbaycanın tamamilə Qərbə getməsini istəmir. Rusiya Azərbaycanla istənilən halda qaz, neft və siyasətdə razılığa gələcək. Azərbaycan eyni səbəblərə görə Avropa İttifaqı üçün Rusiya tədarükünə alternativ olaraq çox vacibdir. Buna görə də bu gün Aİ əvvəllər etmədiyi bir çox şeylərə göz yummağa hazırdır”, - deyə, Rahr vurğulayıb.

O əlavə edib ki, Avropa bu gün ABŞ-ın dəstəyi ilə Rusiyanın təsirini azaltmaq, Rusiya Federasiyası və Çinə qarşı güclənmək üçün regionda fəallaşır.

"Ancaq eyni zamanda, Avropa Türkiyə ilə Ermənistan arasında sərhədin açılmağa başlamasına təsir edir ki, Ermənistan təcrid vəziyyətindən çıxsın. Amma əslində məqsəd Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə yaxınlaşmağa başlamasıdır”, - deyə politoloq yekunlaşdırıb.

Kanal14.az
Kamal Əsgərov