Gündəm / Cəmiyyət / Dünya / Sosial

Uşaqları rəsmlə müalicə etmək

Uşaqları rəsmlə müalicə etmək

"Kanal14.az” "HÜRRİYƏR” Qəzetinə istindən xəbər verir ki, Türkiyəli Rəssam Vahap Aydoğan ailəsi ilə birlikdə zəlzələdən sonra otellerdə yaşayan uşaqlarla könüllü olaraq rəsm fəaliyyətinə başlayıb. Gündə 300 -ə yaxın uşaqla məşqul olur. O, yaxşı bilir ki, zəlzələdən sonra uşaqlar qorxu və təlaş içərisində yaşayır, həyəcan keçirirlər. V.Aydoğan həyat yoldaşı və 10 yaşlı qızı ilə avtomobilin arxasına doldurduqları boya, şəkilli kitab, rəngləmə kitabı kimi materiallarla küçələrdə dolaşaraq uşaqların diqqətini yayındırmağa çalışırlar.

Aydoğan bu anları sosial media hesabında paylaşanda könüllülərdən xeyli maddi dəstək gəldi. Sonradan yaxın bölgələrdə yaşayan uşaq psixoloqu, tibb bacısı, həkim və müəllim könüllü olaraq bu xeyirxah işə qoşuldu. Az vaxtdan sonra uşaqların sayı 2 minə çatdı.

V. Aydoğan deyir: "Hal-hazırda uşaqlar yaşadıqları travmanın fərqində deyillər. Onlar boşdur. Biz bu boşluğu doldurmalıyıq. Bölgəyə dəstək olmaq istəyən sənət adamlarını, alimləri, psixoloqları sahəyə gəlməyə çağırıram. Uşaqlarımızın indi belə insanlara çox böyük ehtiyacı var.”

Kanal14.az
Aytəkin Talıbqızı