Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Dünyanın müxtəlif yerlərində rekord temperatur qeydə alınıb

Dünyanın müxtəlif yerlərində rekord temperatur qeydə alınıb

Çin Meteorologiya İdarəsi bu həftənin əvvəlində Wuhan və Pekində temperaturun mövsüm normalarından təxminən 10 dərəcə yüksək olduğunu açıqlasa da, Argentinanın iki şəhərində 40 və 39,5 dərəcənin qeydə alındığı vurğulanıb ki, bu da rekord göstəricidir.

"Kanal14.az" "haberglobal"a istinadən xəbər verir ki, Çin Meteorologiya İdarəsi Pekin, Wuhan və Zhengzhou şəhərlərində həftənin əvvəlində temperaturun mart ayında normadan təxminən 10 dərəcə yüksək olduğunu açıqlayıb. Səlahiyyətlilər, bazar ertəsi Wuhanda 26 dərəcə temperaturun qeydə alındığını və bunun mart ayı üçün normadan 12 dərəcə yüksək olduğunu bildirdi. Pekin və ətraf şəhərlərdə havanın temperaturu 25 dərəcəyə çatıb.

ARGENTİNADA REKORD TEMPERATURLAR

Cənub yarımkürəsində yerləşən və payız fəslini yaşayan Argentinada qeydə alınan temperatur qeydə alınıb . Argentinanın Milli Meteorologiya Xidməti fevralın yay ayı ərzində ölkədə isti dalğanın yaşandığını və fevralın 12-də rekord temperaturun, mövsüm normalarından xeyli yüksək olduğunu bildirib.

Kanal14.az
N.Məmərli