Gündəm / Siyasət / Dünya

Avropa İttifaqının qadınlara qarşı zorakılığa görə yeni sanksiyaları

Avropa İttifaqının qadınlara qarşı zorakılığa görə yeni sanksiyaları

"Kanal14.az” "Sözçü” qəzetinə ( 08.03.23 ) istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) qadınlara və qızlara qarşı zorakılığa, hüquqlarının pozulmasına və təzyiqlərə məruz qalmasına görə, ikisi Taliban administrasiyasının üzvü olmaqla, 9 şəxsə və 3 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

Avropa Şurasından verilən açıqlamaya görə, sanksiya qərarı AB-nin "Qlobal İnsan Haqları Sanksiya Rejimi” çərçivəsində Beynəlxalq Qadınlar Günü öncəsi qəbul edilib.

AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, "Biz artıq sözdən hərəkətə keçirik" deyə bəyan edib. "Dünyanın harasında olur-olsun qadınlara qarşı, hər cür şiddətə qarşı ciddi mübarizə aparacaq və bugünkü qərarla gender əsaslı zorakılıq və cinsi zorakılıqla mübarizə səylərini artıracaq və bunun təmin edilməsi üçün səylə çalışacağıq. Belə cinayətləri törədənlər heç vaxt cəzasız qalmayacaq.”

Kanal14.az
Aytəkin Talıbqızı