Gündəm / Dünya

Türkiyəli meteoroloqlar uçqun təhlükəsi barədə xəbərdarlıq ediblər

Türkiyəli meteoroloqlar uçqun təhlükəsi barədə xəbərdarlıq ediblər

Türkiyəli meteoroloqlar Şərqi Qara dəniz regionunun daxili hissələrində və Şərqi Anadolunun yüksək dağlıq ərazilərində qar uçqunu təhlükəsi barədə xəbərdarlıq ediblər.

"Kanal14.az" bildirir ki, bu barədə TRT Haber telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, uçqun təhlükəsi olduğundan yerli sakinlərdən diqqətli olmaları xahiş olunur.

Türkiyənin bəzi bölgələrində leysan yağışlar səbəbindən yüksək qar örtüyü əmələ gəldiyi vurğulanır.

"Türkiyənin şimal-şimal-şərq və şərq hissəsində uçqunlar üçün əlverişli topoqrafik və meteoroloji şəraitə malik dağlıq bölgələr var”, - deyə məlumatda bildirilir.

Kanal14.az
Kamal Əsgərov