Gündəm / Dünya

İran səsdən güclü balistik raket buraxıb

İran səsdən güclü balistik raket buraxıb

"Kanal14.az” Türkiyənin " Sözçü” qəzetinə istinadən xəbər verir ki, İran hərəkətdə olan dəniz nəqliyyat vasitələrini məhv edə bilən və səs sürətindən 8 dəfə sürətlə hərəkət edən "hipersəs ballistik raket” istehsal etdiyini açıqlayıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, İranın Baş Qərargah rəisi general- mayor Məhəmməd Bakiri paytaxt Tehranda keçirilən tədbirdə çıxışı zamanı raketin sınaqlarının müvəffəqiyyətlə tamamlandığını və kütləvi istehsalına başlanıldığını bildirib: "İran bu cür raketləri istehsal etməklə bu raketlərə sahib olan 3 ölkədən birinə çevrilib."

Sözügedən ballistik raketin sürətinin 8 mach (səs sürətinin 8 qatı) və mənzilinin 1500 kilometr olduğunu bildirən Bakiri, belə bir raketin olmasının ətrafdakı dənizlərdə 1000 kilometr radiuslu təhlükəsizlik sahəsi yaradacağını bildirib.


Kanal14.az
N.Məmərli