Çinin kosmosa göndərdiyi raket geri qayıdarkən idarədən çıxıb, hazırda onun Yerə hara düşəcəyi məlum deyil. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, son modulu Çinin Tianqonq Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan "Long March 5B" adlı daşıyıcı raket saatda 28 min kilometr sürətlə dövrə vuraraq Yerə yaxınlaşır.

Müxtəlif kosmos təşkilatları sosial mediadan ani məlumatlarla 23 tonluq raketin marşrutunu hesablamağa çalışır.

Raketin Hind okeanındakı Madaqaskar sahillərinə düşəcəyi gözlənilsə də, bu, bir anda dəyişir.

Raketin düşəcəyi ehtimal edilən marşruta Şimali Amerika, Afrika və Avstraliya daxildir.İdarədən çıxan daşıyıcının bu gün günorta və ya axşam saatlarında yerə düşə biləcəyi bildirilir.