Gündəm / Siyasət / Dünya

Rusiya ABŞ-la gizli danışıqlar aparır

Rusiya ABŞ-la gizli danışıqlar aparır

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ –la gizli kanallar vasitəsilə qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmağı hədəfləyən Yeni Strateji Silahların Azaldılması Müqaviləsini (START) müzakirə etdiklərini bildirib.

"Kanal14.az” Türkiyənin "Sozcu” qəzetinə istinadən xəbər verir ki, Nazir müavini bu barədə jurnalistlərə açəqlama verib.
ABŞ–la müxtəlif məsələləri müzakirə etməyə hazır olduqlarını bildirən Ryabkov İsveçrənin Cenevrə şəhərində keçiriləcək tərksilah konfransı çərçivəsində ABŞ nümayəndələri ilə görüşmək imkanının olduğunu bildirib.

Ryabkov deyib: "Mən təsdiq edə bilərəm ki, biz son günlər bağlı kanallar vasitəsilə Yeni START Müqaviləsini müzakirə edirik. Bu danılmaz faktdır. Bu, danışıqların davamı ola bilər”- deyib.

Kanal14.az
Ulduz Talıblı