Gündəm / Siyasət / Dünya

Rusiya-Qərb böhranı: Yeni “START” razılaşmaları gündəmdədir

Rusiya-Qərb böhranı: Yeni

Rusiya prezidenti Vladimir Putinin Rusiyanın qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı hədəfləyən ABŞ ilə yeni Strateji Silahların Azaldılması Müqaviləsini (START) dayandırdığını elan etməsi qlobal silahlara nəzarət arxitekturasının və Yeni START-ın dağılması ehtimalını artırır.

Nato və qərbdən reaksiyalar.

"Kanal14.az” BBC-yə istinadən xəbər verir ki, NATO- nun Baş Katibi Yens Stoltenburq Rusiyanın Yeni START müqaviləsində iştirakını dayandırmasını
silahlara nəzarətin bütün arxitekturasının dağılması adlandırıb və Rusiyanı yenidən öz qərarına baxmağa çağırıb.

ABŞ dövlət katibi Antoni Blinken də Moskvanın qərarını "həqiqətən təəssüf doğuran və çox məsuliyyətsiz” adlandırıb.

Bu ayın əvvəlində NATO Rusiyanı Yeni START Müqaviləsinə əməl etməyə və öz ərazisində yoxlamalara icazə verməyə çağırıb.

Yanvarın sonunda Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada ABŞ Dövlət Departamenti Rusiyanın Yeni START Müqaviləsi çərçivəsində öz ərazisində təftiş fəaliyyətlərinə icazə vermədiyini bildirib və Rusiyanı "öhdəliklərini tam yerinə yetirməyə və tələblərə əməl etməyə” dəvət edib.

Kanal14.az
Kamal Əsgərov