Siyasət

Rusiya və Ermənistan XİN başçıları münaqişənin nizamlanmasını MÜZAKİRƏ EDİBLƏR

Rusiya və Ermənistan XİN başçıları münaqişənin nizamlanmasını MÜZAKİRƏ EDİBLƏR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan arasında danışıqlar baş tutub.

Kanal14.az Report-a istinadən məlumatına görə, danışıqlardan sonra nazirlərin birgə mətbuat konfransı keçirilib.

 

S.Lavrov erməni nazirin Rusiyaya səfərinin çoxdan razılaşdırıldığını və tərəflərin yalnız Dağlıq Qarabağdakı vəziyyəti deyil, həm də ölkələr arasında ikitərəfli əməkdaşlığın bütün spektrini müzakirə etdiklərini vurğulayıb.

Xatırladaq ki, bu gün Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə də görüşü planlaşdırılır.