Gündəm / Dünya

Zəlzələlərin ağır nəticələri

Zəlzələlərin ağır nəticələri

"Kanal14.az” "Sozcu” qəzetinə istinadən xəbər verir ki, AFET və Fövqəladə Hallar İdarəsi (AFAD) indiyə qədər mərkəzi Qəhramanmaraş olmaqla zəlzələlərdə həyatını itirənlərin sayının 45 min 89-a çatdığını və 2 milyona yaxın insanın bölgədən təxliyyə edildiyini bildirmişdir.

Məlumatda həmçinin AFAD, PAK, JAK, JÖAK, DİSAK, Sahil Mühafizəsi, DAK, Güvən, Xilasetmə, MEB, QHT-lər və beynəlxalq axtarış-xilasetmə personalından ibarət ümumilikdə 6368 nəfərin bölgədə fəaliyyət göstərdiyi qeyd edilir.

Bundan əlavə, təbii fəlakət bölgəsində başda ekskavator, evakuator, kran, dozer, yük maşınları, su daşıyan maşınlar, qoşqu, qreyder, vakuum maşınları kimi tikinti texnikası olmaqla ümumilikdə 18 min 40 texnikanın istifadə olunduğu açıqlanmışdır.

Fəlakət zonasında və fəlakət zonasından kənarda; 1 milyon 915 min 687 nəfərə çadırlarda, konteynerlərdə, GSB yataqxanalarında, mehmanxanalarda, ictimai qonaqxanalarda, MEB obyektlərində və digər obyektlərdə sığınacaq təklif olunmuşdur.

Kanal14.az
Nizami Təhməzov