Gündəm / Cəmiyyət / Dünya

Almaniyada dönər müzakirəsi

Almaniyada dönər müzakirəsi

Zamanla Almaniyanın rəsmi yeməklərindən birinə çevrilən dönər kabab ölkədə müzakirə olunmağa davam edir.

"Kanal14.az" "Sozcu.com"a istinadən bildirir ki, son günlər Almaniyada dönər kababının bir hissəsinin qiymətinin 10 avroya (təxminən 200 TL) qalxması ölkədə böyük böhran yaradıb.

Müxtəlif səbəblərdən dönərin qiymətinin artırılması ictimaiyyətin reaksiyasına ciddi səbəb olub.
Almaniya hökuməti rəsmi Instagram hesabından bu məsələ ilə bağlı açıqlama versə də bir çox sosial media istifadəçiləri razı qalmayıb. "Amma siz bizim suallarımıza cavab vermədiniz” deyə etirazlarını bildiriblər. Konkret olaraq soruşuruq: " Dönər kabab ucuzlaşacaq yoxsa yox?”.

Kanal14.az
Aytəkin Talıbqızı