Gündəm / Cəmiyyət / Dünya

Almaniyada zəlzələ qurbanları üçün utanc verici çağırış!

Almaniyada zəlzələ qurbanları üçün utanc verici çağırış!

"Kanal14.az" Türkiyənin "hurriyet" qəzetinə istinadən xəbər verir ki, Almaniyanın Ulm Universiteti Xəstəxanasında saxlama müddəti ötmüş məhsulların Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə göndərilməsi üçün toplanması çağırışı reaksiya doğurub.

Baden-Vürtemberdəki Ulm Universitet Xəstəxanasından verilən yazılı açıqlamada, istifadə müddəti bitmiş və ya atılmalı olan materialların zəlzələ bölgələrinə göndərilə biləcəyi bildirilib: "Müxtəlif səbəblərdən istifadə müddəti bitən və ya zay olan hər şeyi toplaya bilərsiniz. Ancaq İstifadə olunan və ifadə müddəti bitməmiş materiallar istisna olunur".

Bu açıqlama həm Türkiyə, həm də Almaniya vətəndaşlarının ciddi reaksiyasına səbəb olub. Twitter istifadəçiləri xəstəxanaya " İnsanlığınəz haradadır?' Heç sizin vicdanınız varmı?" - deyə, təpki göstəriblər.

Xəstəxana rəhbərliyi reaksiyalara görə cavab belə verib: - "Bu xəstəxananın rəsmi mövqeyi deyil. Hamıdan, hər kəsdən üzr istəyirik”.

Kanal14.az
Kəmalə Talıbova