Dünya / Səhiyyə

Almaniyada peyvənd məcburi olmayacaq

Almaniyada peyvənd məcburi olmayacaq

Almaniyada koronavirusa qarşı yaradılacaq peyvəndin vurulması məcburi olmayacaq.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer açıqlama verib: "Hökuməti peyvəndi məcburi etməkdə günahlandırırlar. Mən məmnuniyyətlə təkrar etmək istərdim ki, koronavirusa qarşı peyvəndin vurulması məcburi olmayacaq”.

 

O əlavə edib ki, Berlində pandemiya ilə əlaqədar qəbul edilmiş sənədlərin nə əsas mətnində, nə də əlavələrdə məcburi peyvəndlə bağlı açıqlama yoxdur.

Qeyd edək ki, daha əvvəl Almaniyada koronavirusa qarşı peyvəndin vurulmasının məcburi olmayacağını Səhiyyə naziri Yens Şpan bildirmişdi.