Gündəm / Cəmiyyət / Dünya

Dünyanın ən yaxşı ekranı olan məşhur smartfon

Dünyanın ən yaxşı ekranı olan məşhur smartfon

"Kanal14.az" "news.am"a istinadən xəbər verir ki, Honor Magic 5 Pro son vaxtlar kifayət qədər diqqət çəkib və bu yaxınlarda DxOMark tərəfindən ən yaxşı kameralı telefon seçilib. İndi də məlum oldu ki, bu smartfon dünyanın ən yaxşı ekranı imiş.

DxOMark altı meyar üzrə Honor Magic5 Pro-nun ekran performansını ölçmək üçün bir sıra testlər keçirib . Nəticədə bu telefonun displeyi 151 bal toplayıb. Qeyd edək ki, indiyədək heç bir ekran bu qədər bal toplamayıb.

Müqayisə üçün bildiririk ki, 3088 x 1440 piksel AMOLED displeyi ilə Samsung galaxy S23 Ultra 148 xalla yalnız dördüncü yerdə idi. İkinci və üçüncü yerləri 149 xalla Apple iPhone 14 Pro Max və Apple iPhone 14 Pro tutub .

Honor Magic5 Pro displeyi haqqında nə məlumdur?

6,81" OLED (~91,5% ekran-bədən nisbəti)
Ölçülər: 162.9mm x 76.7mm x 8.77mm
Çözünürlük: 1312 x 2848 piksel (~461 ppi sıxlığı)
Aspekt nisbəti: 19.5:9
Yeniləmə tezliyi: 120Hz
Əsas üstünlüklər:
Bütün işıqlandırma şəraitində yaxşı parlaqlıq;
Daxili məkanda yaxşı görüntü ötürülməsi;
Toxunmağa dəqiq və sürətli reaksiya;
Titrəmə yoxdur.
Əsas çatışmazlıqlar:
Yüksək parlaqlıq rejimi (çox parlaq mühitlərdə aktivləşdirilir) bəzi sahələrdə kontrastı azaldır;
Video oyunları oynayarkən hamarlığın olmaması;
Aşağı işıqda nizamsızlıq.

Mütəxəssislərin fikrincə, Honor Magic5 Pro bütün əsas parametrlər üzrə sabitlik və keyfiyyətə görə ekranların reytinqində birinci yeri tutub. Belə ki, oxunaqlılıq meyarına görə displey 155 bal, rəngə görə 148 bal, video keyfiyyətinə görə 155 bal, hərəkətin göstərilməsi üçün 151 bal, toxunma ekranının həssaslığına görə 156 bal, artefaktlara və titrəməyə nəzarət üçün 140 bal toplayıb. .

Kanal14.az
Asiman Əsədsoy