Gündəm / Dünya

Finlandiyanın boru kəməri təchizatçısı “Uponor” Rusiya bazarını tərk edib

Finlandiyanın boru kəməri təchizatçısı

Finlandiyalı boru kəməri sistemləri təchizatçısı Uponor Rusiyanı tərk etdi - Rusiya biznesi şirkətin yerli rəhbərliyinə satıldı.

"Kanal14.az" "Pravda.com.ua"ya istinadən bildirir ki, bu barədə Finlandiyanın Yle nəşri məlumat yayıb.

Mətbuat açıqlamasında şirkət Rusiya biznesini yerli rəhbərliyə satdığını elan edib. Lakin, sövdələşmənin dəyəri açıqlanmayıb.

Nəşr qeyd edir ki, biznesin Rusiyadan çıxarılması prosesi 2022-ci ilin iyununda başlayıb, lakin yerli tənzimləmə prosesləri səbəbindən əməliyyatın başa çatması gözləniləndən daha uzun çəkib.

Uponor Oyj, binalar üçün mikroiqlim sistemləri və boru kəmərlərini təchiz edən Fin şirkətidir.

Kanal14.az
Kamal Əsgərov