Gündəm / Siyasət / Dünya

Lukaşenko Çinə səfər edir

Lukaşenko Çinə səfər edir

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenkonun Pekinə səfəri gözlənilir. Onun bu səfəri Çinin ABŞ-la münasibətlərinin pisləşdiyi vaxta təsadüf edir.

"Kanal14.az” " Aljazeera”ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Aleksandr Lukaşenko səfərdən əvvəl Çinin dünya işlərində üstün rolunu yüksək qiymətləndirib və deyib ki, heç kim onun böyüməsini cilovlaya bilməz və dünyada heç bir problem Pekinin iştirakı olmadan həll edilməz.

Belarusun avtoritar lideri ABŞ-ı Vaşinqtonun kəşfiyyat məlumatı topladığını və Pekinin hava şəraitinə nəzarət etdiyini bildirdiyi Çin hava şarının bu yaxınlarda vurulmasında "şou” təşkil etməkdə suçlayıb.

O, Çinin " SİNXUA” Xəbərlər Agentliyinə müsahibəsində demişdir: " Bu gün heç kim Çini saxlaya və ya onun inkişafını dayandıra bilməz. Dünyada heç bir problemin Çinsiz həll edilməsi mümkün deyil”

Kanal14.az
N.Məmərli