Gündəm / Dünya

Lukashenko oğlu Nikolayın nə etdiyini dedi

Lukashenko oğlu Nikolayın nə etdiyini dedi

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, kiçik oğlu Nikolay Çinlə həyata keçirilən layihə çərçivəsində biotexnologiya üzrə təhsil alır.

"Kanal14.az"ın "Ntv.ru"ya istinadən məlumatına görə, Aleksandr Lukaşenko Sinxua xəbər agentliyinə bildirib ki, "Kiçik oğlum Nikolay iki ölkə arasında əməkdaşlıq üzrə Çinlə birgə layihə çərçivəsində biotexnologiya üzrə təhsil alır. Buna görə də burada həm şəxsi, həm dövlət, həm də mənim prezidentlik tarixim Çinlə sıx bağlıdır".

Şənbə günü Belarus liderinin mətbuat xidməti bəyan edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 28-dən martın 2-dək Çinə dövlət səfəri edəcək.

Kanal14.az
Jalə Asiman