Gündəm / Dünya

Federasiya Şurası qanun layihəsini qəbul etdi

 Federasiya Şurası qanun layihəsini qəbul etdi

"Kanal14.az” TASS-a istinadən xəbər verir ki, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilənin (Yeni START) dayandırılmasına dair qanun layihəsini yekdilliklə qəbul edib.

Vladimir Putin Parlamentdə çlxlş edib. Onun çıxışından bir neçə saat sonra Rusiya Xarici İşlər Nazirliyi bildirib ki,müqavilədə iştirakın dayandırılması qərarının "qaytarıla bilən” olduğunu deyib. Həmçinin o, "Vaşinqton siyasi iradə nümayiş etdirməli, ümumi gərginliyin azaldılması üçün vicdanlı səylər göstərməli və silahlı qüvvələrin tam fəaliyyətinin bərpası üçün şərait yaratmalıdır"- deyə, vueğulayıb.

ABŞ prezidenti Co Bayden isə "Putin ölkəsinin New START-da iştirakını dayandırdığını elan edərkən "böyük səhvə yol verib”." - deyib.

Kanal14.az
Aytəkin Talıbqızı