Gündəm / İqtisadiyyat / Dünya

Şimali Koreyada ərzaq böhranı dərinləşir

Şimali Koreyada ərzaq böhranı dərinləşir

Ekspertlərin fikrincə, Şimali Koreya ciddi ərzaq böhranı ilə üzləşib.

"Kanal14.az" CNN-ə istinadən bildirir ki, ərzaq çatışmazlığı Şimali Koreya üçün qeyri-adi deyil. Lakin, sərhəd nəzarəti, pis hava və sanksiyalar illər ərzində vəziyyəti daha da pisləşdirib.

Dövlət mediası yüksək rütbəli hökumət rəsmilərinin kənd təsərrüfatı siyasətlərində əsas dəyişikliyi müzakirə etmək üçün fevral ayının sonlarında görüşəcəklərini bildirib.

Ölkənin rəsmi xəbər agentliyi KCNA qeyd edib ki, kənd təsərrüfatında problemlərin getdikcə ağırlaşdığı bir vaxtda bu görüş çox ciddi və təxirəsalınmaz işdir.

Şimali Koreyada fəaliyyət göstərən 38North.org nəşrində çalışan Benjamin Katzeff Silberstein, məhsulun azalması səbəbindən ərzaq qiymətlərinin proqnozlaşdırıldığı kimi artdığını və bu səbəbdən insanların ucuz alternativlərə üz tutduğunu deyib.

Ölkədə qarğıdalının qiyməti 2023-cü ilin əvvəlində 20 faiz artıb. Bunun səbəbi düyü ilə müqayisədə daha az üstünlük verilən, lakin daha əlverişli olan əsas qidaya artan tələbatdır.

Silberstein həmçinin, insanların qarğıdalıya üz tutmasının, ümumiyyətlə qidanın, xüsusən də düyü kimi əsas qidaların bahalaşdığının göstəricisi olduğunu da bildirib. Qarğıdalının kiloqramı hazırda təxminən 3400 Şimali Koreya Vonu və ya 3,8 dollardır.

Kanal14.az
Aytəkin Talıbqızı