Gündəm / Dünya

Zelenski fevralın 24-də mətbuat konfransı keçirəcək

Zelenski fevralın 24-də mətbuat konfransı keçirəcək

Cümə günü, fevralın 24-də prezident Vladimir Zelenski Rusiyanın işğalının ildönümü ilə əlaqədar "Qəzəb. Yenilməzlik ili" ilə bağlı mətbuat konfransı keçirəcək.

"Kanal14.az" "Pravda.com.ua"ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat verib.

Media nümayəndələrinin akkreditasiyası fevralın 23-ü saat 14:00-a qədər aparılır.

Jurnalistlərə tədbirin vaxtı və yeri barədə akkreditasiyanın təsdiq məktubunda məlumat veriləcək.

Bir KİV-dən 1 müxbir, 1 operator, 1 fotoqraf akkreditasiya oluna bilər.

Kanal14.az
Anarə Muhəmməd