Gündəm / Dünya

"O, Putinə Zelenski və məni məhv edəcəyinə söz verib" - Danilov

"O, Putinə Zelenski və məni məhv edəcəyinə söz verib" - Danilov

 

Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya işğalı planlaşdırarkən Rusiya diktatoru Vladimir Putinə Ukrayna prezidenti Vladimir Zelenskini və məni məhv edəcəyinə söz verib.

Kanal14.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Radio NV" yə müsahibəsində deyib.

"Plan fevralın 3-də Putinin səfəri zamanı Kadırov tərəfindən alınıb. Bu görüşdə prezidentimizin aradan qaldırılması planı razılaşdırılıb və Kadırov öz qrupunun bunu edəcəyinə söz verib", - Danilov deyib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi müsahibəsində Ukrayna kəşfiyyatının "bu proseslərə nəzarət etdi"yini xüsusilə vurğulayıb. 

"Fevralın 26-da ölkəmizə 3 qrup daxil olub. Fevralın 24-də yox, çünki iki gündür gözləyirdilər ki, paytaxtın mərkəzi məhəlləsində yaşıl dəhliz verilsin. Biz hər üç qrupa nəzarət etdik. Onlardan biri bizim hərbçilər tərəfindən məhv edilib. Hazırda həmin qruplardan biri bu gün Donetsk vilayətində, digəri Mariupol şəhərindədir”, - deyə Danilov bildirib.