Gündəm / Hadisə / Dünya

Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ baş verib

Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ baş verib

"Kanal14.az” Anadolu Agentliyinə ( AA ) istinadən xəbər verir ki, Çin- Tacikstan sərhədində 7.2 bal gücündə zəlzələ baş verib. Zəlzələ Şəbəkələri Çin Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsi ilə Tacikistanın şərqindəki Dağlı Bədəxşan Muxtar Bölgəsi sərhədi yaxınlığında 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumata görə, digər tərəfdən ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 6,8 olaraq ölçüb və episentrinin Tacikistan sərhədindəki Murqob şəhərindən 67 kilometr qərbdə olduğunu qeyd edib.

Təlafat və dağıntı haqında hələlik məlumat verilməyib.

Kanal14.az
Nizami Təhməzov