Gündəm / Siyasət / Dünya

İranda siyasi təşkilat yaradılıb

İranda siyasi təşkilat yaradılıb

Iranda dini qüvvələr hakimiyyətə gələndən sonra müəyyən tarixi dövrlərdə əzizlərini və yaxınlarını itirən bir sıra ailələr birləşərək "İnqilabçı İddiaçılar Şurası” adlı təşkilat yaradıblar.

"Kanal14.az” "Yenipress.az” a istinadən xəbər verir ki, yeni yaradılan təşkilat siyasi xarakter daşıyır. Qurumun əsas məqsədi indiki rejimi devirmək və gələcək siyasi sistemdə müstəqil məhkəmə İnstitutunun yaradılmasıdır. Yeni təşkilat yaydığı bəyanatda indiki rejimin ölkədə həyata keçirdiyi represiyalara işarə edib və bu hakimiyyətin devrilməsi və ədalətli sistemin qurulması üçün ölkə vətəndaşlarını birgə mübarizəyə çağırıb.

Kanal4.az
Ulduz Əsgərov