Gündəm / Dünya

Çində qocalar küçələrdə

Çində qocalar küçələrdə

Çində yaşlı təqaüdçülər tibbi yardımların kəsilməsinə etiraz etmək üçün yenidən küçələrə çıxıblar.

Bu barədə BBC-nin Çindəki əməkdaşları məlumat yayıb.

Artıq ikinci dəfə Covid-19 virusunun "vətəni" olan Vuhanda və həmçinin şimal-şərqdəki Dalian şəhərində toplanıblar.

Yeddi gün ara ilə keçirilən etirazların ikinci dalğası prezident Xi Jinping administrasiyasına təzyiq göstərir.

Etirazlar ilk dəfə fevralın 8-də Vuhanda əyalət bakimiyyəti tərəfindən təqaüdçülərin dövlətdən tələb edə biləcəyi tibbi xidmətlərin həcmini azaltdıqlarını söylədikdən sonra baş verdi.

Bu kimi tibbi sığorta məsələləri əyalət səviyyəsində həll olunsa da, Çində etirazların gücünə yenidən təkan verərək ölkənin müxtəlif bölgələrinə yayıldı.

Keçən ilin sonunda minlərlə gənc çinli etirazlarda qatıldı və nəticədə hökuməti sərt sıfır Covid tədbirlərini ləğv etməyə məcbur etdi.

Çin hakimiyyəti ölkədə Covid epidemiyası səbəbilə yaranmış karantin şəraitinj ləğv edən ölkələrə də təəccüblənmişdi. İndi isə özündə etiraz aksiyaları meydan sulamağa başlayıb.

Çinin hakim idarəçiliyi ölkəni düşdüyü böhrandan çıxarmaq niyyətilə dövlətin etdiyi xidmətləri azaltmağa çalışır ki, büdcəsinj formalaşdırsın.

Kanal14.az
Asiman Əsədsoy