Gündəm / Dünya

Kimyəvi maddə qatarı relsdən çıxdı

Kimyəvi maddə qatarı relsdən çıxdı

BBC bildirir ki, ABŞ-ın Ohayo ştatında kimyəvi maye daşıyan qatarın relsdən çıxması ilə böyük təhlükə yaranıb. Fövqəladə hallar üzrə mütəxəssizlərin nəzarəti altında yenidən yığılması mümkün olmayan kimyəvi maddə yandırəlaraq zərərsizləşdirilib.

Hadisədən iki həftə keçməsinə baxmayaraq yerlilərin narahatlığına səbəb olan hallar var. Məsul orqanların təhlükəli heç bir hal olmadığını deməsinə baxmayaraq hadisənin baş veridiyi yerə yaxın yaşayan sakinlər toyuqlarının və digər ev heyvanlarının səbəbsiz öldüyünü bildirirlər. Jadiaənin baş verdiyi yerdə sularda yaşayan balıqlar da kütləvi şəkildə ölüblər.

Bələdiyyə sədrinin heç bir təhlükə olmadığını, yalnız qablaşdırılmış sulardan istifadə etməyi tövsiyyə etməsi, yandırılan maddənin tüstüsünü görmələri, həmçinin digər saydığımız hallar sakinlərin narahat olmağa yetərli səbəblərinin olduğunu göstərir.

Məsələ hələ də tmin edilməmiş şəkildə qalır və vətəndaşlar narahatlıqlarının səbəblərinin aradan qaldırılmasına təminat istəyirlər.

Kanal14.az
Kamal Əsgərov