Gündəm / Siyasət / Dünya

Milley Putinin səhv etdiyini bildirir

zMilley Putinin səhv etdiyini bildirir

Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin toplantısından əvvəl Ukrayna Müdafiə Təmas Qrupunun iclası keçirilmişdir. ABŞ Müdafiə naziri İloyd Ostin və ABŞ Baş Qərargah rəisi general Mark Milley Ukrayna Müdafiə Təmas Qrupu toplantısından sonra mətbuat konfransı keçirmişlər.

"Kanal14.az” "TRT HABAR” ə istinadən xəbər verir ki, ABŞ Müdafiə naziri mətbuat konfransında çıxış edərək fikirlərini belə ifadə etmişdir: " Yazda hücum etmələrini gözləyirik.Buna görə də biz Ukrayna Müdafiə Əlaqə Qrupunun bütün tərəfdaşları, onların döyüş meydanında yaratmaq istədikləri effektlər üçün silah və bir təchizata necə malik olduğundan əmin olmaq üçün çalışırıq”. Milley isə Rusiyanın " strateji, əməliyyat və taktiki baxımdan məğlub olduğunu” bildirib. Rusiya Prezidenti V.Putinin Ukraynanı tez bir zamanda məğlub edəcəyini, NATO ittifaqını parçalayacağını və bundan cəzasız qalacağını düşündüyünü deyən ABŞ Baş Qərargah rəisi Milley Putinin səhv etdiyini bildirib.

Kanal14.az
N.Məmərli