Gündəm / Hadisə / Dünya

74 yaş nədir ki?

74 yaş nədir ki?

Təbii fəlakət nəticəsində dağılmış ərazilərdə axtarış- xilasetmə işləri hələ də davam etdirilir. " TRT HABAR” in verdiyi xəbərə görə dünən Qəhrəmanmaraş şəhərində 74 yaşlı bir qadın dağıntılar altından sağ çıxarılmışdır. İlkin tibbi yardımdan sonra xəstəxanaya aparılmışdır.

Həkimlər onun vəziyyətinin normal olduğunu buldirirlər. Ağır xəsarət alsa da sağlamlıq üçün heç bir təhlükə yoxdur. "TRT HABAR” in məlumatına görə indiyə qədər fəlskət nəticəsində 35.418 nəfər həlak olmuş, 105 min nəfər yaralanmışdır. Hazırda 13.208 nəfər xəstəxanada müalicə alır.

Kanal14.az
Nizami Təhməzov