Gündəm / Dünya

Mübahisəli almaz tacqoymada istifadə edilməyəcək

Mübahisəli almaz tacqoymada istifadə edilməyəcək

Bukingem sarayındakı tacqoyma mərasimində mübahisəli Koh-i-Noor almazının istifadə edilməyəcəyi bildirilir.

Kraliça Kamilla 6 mayda keçiriləcək tacqoyma mərasimində ölçüsü dəyişdirilmiş Kraliça Məryəmin tacı ilə taclanacaq.

Tac yenidən hazırlanacaq. Kraliça II Yelizavetanın zinət əşyalarından brilyantlar da taca əlavə olunacaq.

Dünyanın ən böyük almazlarından biri olan Koh-i-Nurun mülkiyyəti mübahisəli idi və istifadə olunacağı təqdirdə Hindistanla diplomatik mübahisə yaranacağı ilə bağlı narahatlıqlar var idi.

Hindistan Kraliçanın tacqoyma mərasimində istifadə ediləcək almazın qanuni sahibi olduğuna dair bir neçə iddia irəli sürüb.

Kral III Çarlz Müqəddəs Edvardın tacını taxacaq.

Hazırkı tac ilk dəfə 1661-ci ildə Kral II Çarlz üçün İngiltərə Vətəndaş Müharibəsindən sonra dağıdılmış əvvəlki tacın yerinə hazırlanmışdır.

Mərhum Kraliça II Yelizaveta da tacqoyma zamanı Müqəddəs Eduardın tacından istifadə edirdi.

Kanal14.az
Asiman Əsədsoy