Gündəm / Cəmiyyət / Dünya

Naməlum Pakistanlının 30 milyon dollarlıq yardımı

Naməlum Pakistanlının 30 milyon dollarlıq yardımı

Amerika CNN televiziya kanalının verdiyi məlumata görə, ABŞ- da yaşayan naməlum Pakistanlı Türkiyənin ABŞ- dakı səfirliyinə gələrək, zəlzələdən zərər çəkmişlərə 30 milyon dollar yardım edib.
Pakistanın Baş Naziri Şahbaz Şərif tvitter hesabında bu məsələyə öz münasibətini bildirərək yazır: "Anonim bir Pakistan vətəndaşının Türkiyə və Suriyada zərər çəkənlərə 30 milyon dollar bağışlaması məni çox təsirləndirdi".
Daha sonra Baş Nazir əlavə etmişdir: - "Hazırda Adiyamanda Pakistandan olan 85 nəfərlik axtarış- xilasetmə qrupu işləyir. İndiyədək bu ölkədən Türkiyəyə 10 təyyarə dolusu müxtəlif avadanlıqlar və digər yardımlar daşınmışdır.
Biz bu işimizi davam etdirəcəyik”.


Kanal14.az
Aytəkin Talıbqızı